Balakənin icra başçısı bu rayonun rəhbəri ilə şərik olub - Qoyun sürüləri

Balakənin icra başçısı bu rayonun rəhbəri ilə şərik olub -  Cümə axşamı DTX tərəfindən saxlanılan İslam Rzayevlə iyunun 20-də həbs edilən Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin biznes əlaqələri üzə çıxıb.

Məlumata görə, İslam Rzayev Balakənə, Musa Şəkiliyev Qaxa rəhbərlik etdiyi dövrdə onların yaxşı münasibəti olub.Rayon arasında məsafə yaxın olduğu üçün icra başçıları tez-tez görüşüb biznes layihələrini müzakirə edirmişlər.

Bu görüşlərin nəticəsi olaraq ortaya böyük fermer təsərrüfatı çıxıb. İslam Rzayevlə Musa Şəkiliyevin bir neçə qoyun sürüsünə sahib olduğu bildirilir. Şərikli təsərrüfatda 15 min başdan çox xırdabuynuzlu heyvanın olduğu deyilir.

Qeyd edilir ki, icra başçılarına məxsus sürülər yaz-yay aylarında Qaxda, payız-qış mövsümündə isə bəslənilir. Təsərrüfat sahibləri Balakəndən qışlaq, Qaxdan yaylaq kimi istifadə edirlər. (metbuat.az)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
28 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...