İlkin Həsənovun 163,4 ton alması MƏHV EDİLƏCƏK

İlkin Həsənovun 163,4 ton alması "Fueqo" MMC-yə və fiziki şəxs İlkin Cahan oğlu Həsənova məxsus Türkiyəyə ixrac üçün nəzərdə tutulan ümumi çəkisi 163,4 ton alma məhsulunda uyğunsuzluq aşkarlanıb.

Gundem.info.az xəbər verir ki. bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, məhsullardan nümunələr götürülərək müayinələrə cəlb olunub. Sınaq nəticəsində pestisid qalığının normadan artıq olduğu aşkarlanıb.

Məhsul partiyaları Türkiyənin idxal tələblərinə, o cümlədən Azərbaycanda qüvvədə olan pestisid qalığı normalarına cavab vermədiyi üçün ixracına icazə verilməyib, məhv və ya utilizasiya edilməsi barədə qərar qəbul olunub.
Bakupost


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...