“Gəlin 7 aylıq hamilə imiş, toyda halı pisləşib…”
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Əfsanə uzun müddət oğlan evində yaşasa da, toy ötən gün baş tutub.
Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Xəqani Xalıbov Bizim.Media-ya açıqlamasında bildirib ki, toyu olan hər iki gənc Dolu kənd sakinləri olub: “Onlar qeydiyyatda Astarada olsalar da, ailələri ilə birlikdə Bakının Zirə qəsəbəsində yaşayır və işləyirmişlər. Qız 7 aylıq hamilə imiş. Valideynlər bu vəziyyəti gizlətmək üçün tələsik toy təşkil ediblər.
Toy oktyabrın 28-i saat 13:00-da başlayıb, lakin bir saat sonra qızın vəziyyəti qəfil pisləşib. O, dərhal xəstəxanaya aparılıb. Müayinə zamanı məlum olub ki, 7 aylıq döl artıq bətnində ölüb. Təəssüf ki, saat 15:00 radələrində qızın özü də dünyasını dəyişib”.
Hadisə ilə bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.
1 dəfə oxundu














