Zakir Fərəcov niyə təşvişə düşüb?
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla bağlı ölkə mediasında son bir ildə yer alan tənqidi yazıların böyük əksəriyyəti anidən “yoxa çıxıb”. Belə ki, “Google” axtarış sistemində yoxlayan zaman məlum olur ki, son bir ildə icra başçısı ilə bağlı ölkə mediaısnda yer alan yüzlərlə tənqidi yazının önəmli bir qismi artıq mövcud deyil. Sanki hansısa “sehirli əl” bu yazıların hamısını cəmi bir neçə saat və ya bir neçə günün içərisində silib.İcra başçısı ilə bağlı tənqidi yazıların niyə məhz indi saytlardan yoxa çıxması da sual doğurur.
Maraqlıdır, Zakir Fərəcovla bağlı tənqidi yazılar saytlardan niyə məhz indi – Ramiz Mehdiyev və onun “orbitində” kimlərin olması ilə bağlı məqalələr ortaya çıxandan sonra yoxa çıxır? Olmaya kimsə, yaxud kimlərsə Zakir Fərəcovun adının Ramiz Mehdiyevlə yanaşı çəkilməsindən narahatdır? Bəlkə kimlərsə hesab edir ki, Ramiz Mehdiyevlə yanaşı, həm də vaxtiylə onunla dostluq münasibətləri quran şəxslərin gündəmə gətirildiyi bir dönəmdə Zakir Fərəcovun da adının tənqidi yazılarda yer alması Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı üçün də ağır nəticələrə səbəb ola bilər?
Hər halda Zakir Fərəcovla bağlı yazıların saytlardan silinməsi səbəbsiz deyil və çox güman ki, bunun Ramiz Mehdiyevin ətrafında baş verənlərlə hansısa formada əlaqəsi var. Belə olmasaydı, icra başçısı ilə bağlı tənqidi yazılar məhz indi – Ramiz Mehdiyev dosyesinin aktuallıq kəsb etdiyi bir dönəmdə “yoxa çıxmazdı”.
28 dəfə oxundu













