General Mirzəyev 9 il azadlıqdan məhrum edildi

General Mirzəyev 9 il azadlıqdan məhrum edildiRusiya Milli Qvardiyasının maddi-texniki təminat üzrə keçmiş rəis müavini, azərbaycanlı general Mirzə Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Gundem.info.az Globalinfo.az-a istinadən xəbər verir ki, Rostov-na-Don qarnizonu hərbi məhkəməsi Mirzəyevi 9 il müddətinə ciddi rejimli islah koloniyasında cəza çəkib.

O, xüsusilə külli miqdarda hədə-qorxu ilə tələb etməkdə və rüşvət almaqda təqsirli bilinib. Sezar pizza

53 yaşlı Mirzə Mirzəyev 2024-cü ilin noyabrında həbs edilib. İstintaqın məlumatına görə, o, 2023-cü ildə yığma tikinti modulları istehsal edən şirkətin rəhbərliyindən 140 milyon rubl rüşvət alıb. İşin ümumi dəyəri 479,9 milyon rubl təşkil edib. Sövdələşmənin müqabilində Mirzəyev müqavilə məbləğinin artırılmasını təklif edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
36 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...