Keşləni su apardı – Rafiq Quliyev yenə cavabsız qaldı
Hadisə yerinə gələn Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəhbəri Zaur Mikayılov çıxış yolu kimi kollektorun üzərində tikilmiş evin sökülməsi qərarını verdi.Amma burada əsas suallar cavabsız qalır.Necə olur ki, vətəndaş öz həyətində kiçik bir tikili – hətta bir toyuq hini belə inşa etmək istəyəndə dərhal bütün qurumlar başının üstünü alır? Bəs necə olur ki, kollektorun üzərində 2 mərtəbəli ev tikilir və bunu nə icra hakimiyyəti, nə də aidiyyəti qurumlar “görmür”? Bu, sadəcə səhlənkarlıqdır, yoxsa açıq-aşkar göz yumulmuş qanunsuzluq?Rafiq Quliyev bu proseslərdən doğrudanmı xəbərsiz olub? Əgər xəbərsiz olubsa – bu, vəzifə məsuliyyətinin kobud şəkildə yerinə yetirilməməsidir. Yox əgər xəbərdar olubsa – o zaman bu qanunsuz tikintiyə kim və hansı maraqlar naminə icazə verib? Ən ağrılı məqam isə budur: nəticədə zərər çəkən yenə sadə vətəndaşdır. Evi su altında qalan yüzlərlə ailə, əmlakı məhv olan insanlar… Digər tərəfdən isə sökülməsi qərara alınan evin sahibi. Bəs onların ziyanını kim ödəyəcək? Bu sual hələ də açıq qalır. Paytaxt meri Eldar Əzizov bu açıq-aşkar qanunsuzluğa yol verən məsul şəxslər barədə hansı tədbirləri görəcək? Xüsusilə də rayon rəhbərliyi – Rafiq Quliyev bu səhlənkarlığın siyasi və hüquqi məsuliyyətini daşıyacaqmı?
Əgər bu hadisə də əvvəlkilər kimi nəticəsiz qalacaqsa, deməli problem təkcə bir kollektorun tıxanmasında deyil. Problem rayonun icra başçısının rayona biznes maraqlarından baxmasındadır. Və bu qanunsuz tikintiyə icazə verənlər cəzalanmasa sabah başqa bir qəsəbə, başqa bir küçə eyni aqibəti yaşayacaq. Bu artıq sadəcə bir hadisə deyil – bu, rayon icra hakimiyyətində ciddi böhranın növbəti təzahürüdür. Və cəmiyyət cavab gö
zləyir.İcra hakimlərinin özbaşınalığa nə vaxt son qoyulacaq? /mediatvaz.com
7 dəfə oxundu












