AİD Group Xaricdə iş və Təhsil Mərkəzindən şikayət - VİDEO
GUNDEMİNFO xəbər verir ki, bu şikayətlərdən biri də az əvvəl video formatda sosial şəbəkələrdə yayaılıb.
Vətəndaş qeyd edir ki, ilk dəfə "AID Group" -un ofisinə getdikdə onun telefonları əlindən alınıb. "Xüsusi yoxlama qurğularından keçdim. Sanki hansısa xüsusi rejimli strateji dövlət obyektinə daxil olurdum. Mənə motivasiya verdilər. Özümü az qala artıq Kanadada təhsil alan və işləyən xoşbəxt biri sanırdım. 3 dəfə Kanada vizası üçün müraciət etdilər hamısından da imtina gəldi. ABŞ-da təhsil üçün də viza müraciətimə imtina gəldi. Hər dəfə viza üçün sənədləri hazırlamağıma və onlara "xidmət haqqı" olaraq külli miqdarda pul ödədim. İmtina gəliyinə görə etiraz edəndə məni sadə bir ofisə dəvət etdilər. Mənə dedilər ki, 3 dəfə Kanada vizası üçün imtina gəldiyindən xəbərimiz yoxdur. Bundan sonra da "xidmət haqqı", "bank xərcləri" adı altında məndən aldıqları pulları geri qaytarmayacaqlarını dedilər" deyə vətəndaş video müraciətində bildirib.
GUNDEMİNFO olaraq həmin video müraciəti təqdim edirik. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
55 dəfə oxundu










