Azərbaycanla Rusiya arasında qatar reysi bərpa edilir? – Vacib yenilik
Bakupost.az xəbər verir ki, Globalinfo.az-a danışan deputat Cavanşir Feyziyev sərhəd-keçid məntəqələrində infrastrukturun və prosedurların sinxronlaşdırılmasının hər iki tərəfə keçidin asanlaşdırılması və sürətləndirilməsi məqsədi daşıdığını bildirib.
“Bu, ilk növbədə ölkələr arasında iqtisadi-ticari fəaliyyətlərin, o cümlədən yükdaşımaların və mal-əmtəə dövriyyəsinin artımına xidmət edir. İndiki rəqəmsallaşma dövründə bu proseslərin də modernləşdirilməsinə ehtiyac var. Dəyişikliklər sərnişinlərin də sərhədlər üzərindən hərəkətini asanlaşdıracaq və quru yol vasitəsilə vətəndaşların sərbəst hərəkəti bərpa olunduqdan sonra sərnişinlər də bu xidmətlərdən faydalanacaqlar”.
Deputatın sözlərinə görə, sərhəd-keçid məntəqələrində infrastrukturun sinxronlaşdırılması sırf texniki məsələdir:
“Sərnişinlərin quru yol vasitəsilə sərhədi keçmək qaydaları isə daha çox siyasi və humanitar xarakerli məsələdir. Əvvəllər də bəyan edildiyi kimi, indiki halda mövcud vəziyyət təhlükəsizlik tədbirləri ilə bağlıdır. Ona görə də düşünürəm ki, bu məsələ ilə bağlı vaxtı çatanda hökumət tərəfindən ayrıca qərar qəbul olunacaq”.
Xatırladaq ki, may ayının 26-dan Bakı ilə Gürcüstan arasında dəmiryol vasitəsilə sərnişin daşımaları bərpa olub. Rusiya ilə oxşar prosesin baş tutacağı deyilir. İddialara görə, yaxın vaxtlarda Azərbaycan hökuməti Gürcüstan və Rusiya ilə quru sərhədləri tam şəkildə açmaq haqda qərar verə bilər.
6 dəfə oxundu










