ABŞ Ali Məhkəməsi Trampın daha bir qərarını ləğv etdi

ABŞ Ali Məhkəməsi Trampın daha bir qərarını ləğv etdiABŞ Ali Məhkəməsi Donald Trampın ABŞ ərazisində doğulan uşaqlara vətəndaşlıq verilməsi ilə bağlı 150 illik qərarı ləğv etməsinə icazə verməyib.
Yeniavaz.com xəbər verir ki, məhkəmə ABŞ-də doğulan uşaqların konstitusiya ilə nəzərdə tutulmuş vətəndaşlıq hüququna malik olduğuna qərar verib.
Doqquz hakimdən altısı qərarı dəstəkləyərək bildirib ki, Konstitusiyanın 14-cü düzəlişinə əsasən, ABŞ-də qanunsuz və ya müvəqqəti yaşayan valideynlərdən doğulan uşaqlar da ABŞ vətəndaşı hesab olunurlar.
Qeyd edək ki, Prezident Tramp, bu konstitusiya hüququnu sənədsiz immiqrantların və ya müvəqqəti qonaqların uşaqlarına şamil etməyəcək bir sərəncamla ABŞ-də doğuş zamanı vətəndaşlıq hüququnu məhdudlaşdırmaq istəyirdi.
ABŞ prezidenti məhkəmənin qərarından narazılığını sosial mediada ifadə edib:
“Çox pis. Qanunvericilik yolu ilə doğuş zamanı vətəndaşlıq hüququnu dəyişdirəcəyimə söz verirəm. Konstitusiya düzəlişi kimi uzun prosesə ehtiyac yoxdur. Konqres bu gün ölkəmizə baha başa gələn bu ədalətsiz doğum hüququ ilə bağlı işə başlamalıdır”.
Qeyd edək ki, 1868-ci ildən bəri ABŞ vətəndaşlığı ölkədə doğulan hər kəsə verilir. Bu hüquq ABŞ Konstitusiyasına 14-cü düzəlişlə təsbit edilib və daha sonra ABŞ Ali Məhkəməsinin qərarları ilə gücləndirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
6 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...