“Serialda Balaş adını qoyduğum üçün...” – İTV rəhbərliyinə etiraz
“Yeni Sabah” xəbər verir ki, bunu rejissor Kənan Mahmudov (Kənan MM) bildirib.
O, İTV rəhbəri Balakişi Qasımovla bağlı üzləşdiyi problemi qabardıb: pizza
"Bu nə məntiqdir? Bu nə yanaşmadır? Uşaqsız?! Əgər seriallarıma baxmırdınızsa, 2 dəqiqəlik səhnədə iki dəfə “Balaş” adı çəkilən səhnəni necə görmüsünüz? Deməli, baxırsınız.
Allah Cəfər Cabbarlıya rəhmət eləsin. Yaxşı ki, indi yaşamır. Yoxsa “Sevil” əsərindəki Balaş adına görə ona da nəsə deyərdiniz.
Siz belə deyin mənə “Sənin xarakterini sevmirik”, Yaxud deyin ki, artıq səndən pul ala bilməyəcəyik, öz çevrəmiz var, hər il eyni komanda ilə çəkirik. İndi siz kanal rəhbərisiniz deyə qarşınızda səcdəyə getməliyəm? Haqqın yolu birdir…
Son dəfə təkrar edirəm, ay media əhli, mənim İTV-dən kənar olan Balaş bəylə heç bir problemim yoxdur. Mənim problemim İTV-nin rəhbəri Balaş bəyin ayrı-seçkilik sistemi ilədir. Özü bu həqiqəti cox əla bilir. Bir söz var e, özü yaxşı insandı, ətrafı pisdi, bax, Balaş bəy bu saat bu vəziyyəti yaşayır”.
Rejissor bildirib ki, axirətdə də iki əli yaxalarında olacaq:
“İndi mən yazıq nə edim? Mən Balaş bəyin köməkçisi Yalçına başqa qiymət demişəm, Yalçın da onun üstünə özündən rəqəm əlavə edib aparıb Balaş bəyə deyib.
Başınızı qatın bu müvəqqəti dünya ilə…
Bu xəbəri çatdıracaqlar iki dəqiqəyə, amma Balaş bəy seçiləndə təbrik paylaşımı yazmışdım onu çatdırmadılar. Əngəlləyin məni kanallarda. Maksimum bunu bacarırsınız, dəstək ola bilmirsiniz.
Axirətdə iki əlim yaxanızda olacaq. Nömrəmi bilirsiniz cəsarətiniz catırsa canlı müsahibəyə hazıram bütün detallar ilə”.
0 dəfə oxundu










