Kombinat direktorunun qətlinə görə 3 nəfər saxlanıldı
![Kombinat direktorunun qətlinə görə 3 nəfər saxlanıldı Kombinat direktorunun qətlinə görə 3 nəfər saxlanıldı](/uploads/posts/2016-01/1453792139_126914_res_01.jpg)
Bakıda Taxıl Kombinatının direktorunun qətlinin üstü açılıb.
Hüquq-mühafizə orqanlarındanAPA-ya verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb. Saxlanılanlardan biri qətlə yetirilən kombinat direktorunun tanışı Mahurə adlı qadındır. Həmin qadın Ehtiram və Mübariz adlı şəxslərlə əlbir olaraq məlum qətli həyata keçiriblər.
Qeyd edək ki, hadisə yanvarın 8-də paytaxtın Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1963-cü il təvəllüdlü Qalib Afil oğlu Bağırov yaşadığı evdə qətlə yetirilib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə qorxu ilə tələb etmə ilə əlaqədar qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.
Qətlə yetirilən Q. Bağırov Taxıl Kombinatının direktoru olub.
1006 dəfə oxundu