“Elgünün ölümünə görə heç kim SAXLANILMAYIB” - Elgünün ailəsi
Gəncədə 11-ci sinif sinif şagirdinin ağlasığmaz bədən xəsarətləri alaraq ölməsi faktı ilə bağlı müxtəlif fikirlər var. Hadisə Gəncə və ölkə ərazisində sözün həqiqi mənasında şok effekti yaradıb. Hər kəs bu hadisənin əslində necə baş verdiyini bilmək istəyir. Sosial şəbəkələrdə, həmçinin, bir sıra media qurumlarında Elgünün ölümü ilə bağlı müxtəlif versiyalar dolaşır. Əsas ehtimallar sırasında intihar faktı da var. Onu deyək ki, Elgün İbvarhimovun yaxınları 11-ci sinif şagirdinin intihar edə biləcəyi ehtimalını qəbul etmir. Oların sözlərinə görə, Elgün İbarhimov döyülüb və bu cinayəti törədən şəxs və ya şəxslər var
Günlər keçdikcə bu hadisə ətrafında mülahizələr də artır.Hüquq-mühafizə orqanı əməkdaşları cəmiyyətə rəsmi müraciət də edib. Məlumatlı olan şəxslər istintaqa kömək edə bilər. Hələlik isə istintaq tədbirləri davam edir. Kimsə istintaqa cəlb edilməyib. Hüquq mühafizə orqanı əməkdaşları araşdırmaları davam etdirir. Məlumat üçün bildirək ki, Elgün İbrahimov yaşadığı müddətdə risk qrupuna aid yeniyetmələrin özəlliyini də daşımayıb. Buraxlış imtahanlarında aldığı yüksək qiymətlər, həmçinin məktəbdə normal oxumağı ilə seçilməsi də deyilənləri sübut edir.
Xatırladaq ki, bir neçə gün öncə Elgün İbrahimov gecə saatlarında ağır vəziyyətdə Azərbaycan Texnalogiya Universitetinin istifadə edilməyən yataqxanasında tapılıb. Onun iniltisini yaxınlıqda olan gözətçi eşidib. Bundan sonra hüquq mühafizə orqanı əməkdaşları əraziyə gəlib Elgün xəstəxanaya aparılıb və ertəsi gün vəfat edib.
46 dəfə oxundu