İranlıdan narkotik alan Ceyhunun maraqlı VİDEOsu üzə çıxdı - Belə şantaj edilib

İranlıdan narkotik alan Ceyhunun maraqlı VİDEOsu üzə çıxdı -
Sosial şəbəkədə tanış olduğu İran vətəndaşı ilə razılığa gələrək onun dediyi yerdən narkotik götürən Ceyhun həbs edilib.

Musavat.com xəbər verir ki, 28 yaşlı Ceyhun həbsdən yeni çıxıbmış.

O, instaqram sosial şəbəkəsində Əli adlı iranlı ilə tanış olub.

İttihama görə, tərəflərin razılığına əsasən, Ceyhun Əlinin dediyi yerdən narkotik vasitəni götürərək satacaqmış. Əldə edilən pulu Əliyə göndərməklə özü də qazanc əldə edəcəkmiş.

Ceyhun Əlinin dediyi yerdən narkotik vasitəni götürdükdən sonra Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun üzərindən 970 qram heroin aşkar edilərək götürülüb. Ceyhun istintaqda özünü təqsirli bilsə də, məhkəmədə fərqli ifadə verib. Deyib ki, qeyd edilən narkotik vasitəni satış məqsədi ilə yox, şəxsi istifadəsi üçün götürüb.

İstintaq zamanı maraqlı detallar da üzə çıxıb. Ceyhunun mobil telefonuna baxış zamanı onun Əli adlı İran vətəndaşı ilə narkotikin alış-satışı ilə bağlı yazışmaları müəyyən edilib. Həmçinin Ceyhunun Əliyə göndərdiyi videogörüntülər də aşkar edilib. Həmin videogörüntüdə Ceyhun Əlidən narkotik aldığını etiraf edir, Əlini aldadacağı halda öz ünvanına ən ağır təhqirlərin işlədilməsinə razılıq verir.

Bundan başqa, Əli adlı iranlı Ceyhundan yaşadığı ölkədə vəzifəli şəxslərin ünvanına təhqiredici videolar da çəkib ona göndərməsini tələb edib. Əli həmin görüntüləri almaqla Ceyhunun onu aldadacağının qarşısını almağı planlaşdırıb. Yəni Ceyhun satdığı narkotikin pulunu ona göndərməsəydi, həmin görüntüləri sosial şəbəkələrdə paylaşacaqmış.

Məhkəmə şahid ifadələrini və istintaq orqanının təqdim etdiyi sübutları qiymətləndirərək Ceyhunu törətdiyi əməldə təqsirli bilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ceyhun 9 il müddətinə azadlıqdan məhrum edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
25 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...