Əməliyyatda Maduronu qoruyan Kuba vətəndaşları öldü

Əməliyyatda Maduronu qoruyan Kuba vətəndaşları öldüNikolas Maduronu qoruyan çoxlu Kuba vətəndaşı ABŞ-ın Venesueladakı hərbi əməliyyatı zamanı həlak olub.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Bilirsiniz, yanvarın 3-də çoxlu kubalı öldü. Bu sizə məlumdur. Çoxlu kubalı öldü", - Tramp bildirib.

"Bizim tərəfdə ölüm olmayıb, amma təəssüf ki, digər tərəfdə çoxlu ölüm olub. Dünən onu qorumağa çalışan çoxlu kubalı öldü", - ABŞ lideri əlavə edib.

Qeyd edək ki,yanvarın 3-də ABŞ Venesuelanın paytaxtı Karakasa zərbələr endirib. Xüsusi təyinatlı qüvvələr isə ölkə Prezidenti Maduro və həyat yoldaşını ələ keçirərək, ABŞ-a aparıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
28 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...