Rusları və erməniləri təhqir edən “Donald Tramp” tapıldı: Tofiq İsmayılov saxlanıldı

Rusları və erməniləri təhqir edən “Donald Tramp” tapıldı:  Rusiyanın hüquq-mühafizə orqanları "Donald Tramp" ləqəbi ilə “Telegram”da ruslar və ermənilərə qarşı təhqirlər paylaşan şərhçini aşkar edib.

Publika.az “RİA Novosti”yə istinadla xəbər verir ki, ABŞ prezidentinin adı altında inzibati xətalarda ittiham olunan Dağıstan vətəndaşı Tofiq İsmayılov gizlənirmiş.

Ona qarşı Rusiya İnzibati Xətalar Məcəlləsinin "Nifrət və ya düşmənçiliyin qızışdırılması, eləcə də insan ləyaqətinin alçaldılması" maddəsi ilə iki maddə üzrə ittiham irəli sürülüb.

Mahaçqala məhkəməsi onu günahkar bilib və ruslar haqqında şərhlərinə görə 10.000 rubl, erməniləri alçaltdığına görə isə eyni məbləğdə cərimələyib. Məhkəmə iclasında İsmayılov günahını tam etiraf edib və "Donald Tramp" hesabına sahib olduğunu təsdiqləyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
14 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...