Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI
O, bildirib ki, müvəkkilinin 4500 manat rüşvət almaqdan ittiham olunduğu hissə ümumi ittihamdan xaric olunmalıdır. Rasim Həsənov həmin vaxt Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının nə rəisi, nə də komissiyanın üzvü olub. Həmçinin müvəkkilinin himayəsində azyaşlı övladı olduğunu, bu səbəbdən onun ev dustaqlığına buraxılmasını xahiş edib. Dövlət ittihamçısı ev dustaqlığı vəsatətinin təmin edilməməsini, digər vəsatətin isə məhkəmə baxış iclasında baxılmalı olduğunu deyib. Məhkəmə ev dustaqlığı vəsatəti təmin etməyib.
Qeyd edək ki, Rasim Həsənovun Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının rəisi vəzifələrində işlədiyi dövrdə vətəndaşlardan müxtəlif məbləğlərdə rüşvət alması və digər qanunsuz əməllərə yol verməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb. İbtidai istintaqla Rasim Həsənovun 2021-2025-ci illərdə sözügedən vəzifələrdə işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə ona müraciət etmiş hərbi qulluqçuların şəhadətləndirilərək tərxis olunmaları üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində təkrarən almasına və vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlar əsasında Rasim Həsənova Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvət alma), 313 (vəzifə saxtakarlığı) və 341.2.3-cü (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilməklə barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
7 dəfə oxundu










