"Sizə yalvaran olmuşdu ki, "Kontakt Home"dan mal alın?" - QALMAQAL
Xaçmaz sakini Mikayılov Mikayıl Azər oğlu “Kontakt Home” mağazalar şəbəkəsindən aldığı televizorun keyfiyyətsiz olduğunu və bir müddətdən sonra sıradan çıxdığını iddia edir.
Şikayətçi bu barədə Bakupost.az-a müraciətində bildirib.
Onun sözlərinə görə, 27 oktyabr 2024-cü il tarixində “Kontakt Home”un Xaçmaz filialından 1344.79 manat dəyərində "Samsung" markalı televizor alıb. Təxminən 3 ay istifadə etdikdən sonra cihazın ekranı korpusdan aralanmağa başlayıb:
"Mənim ardıcıl müraciətlərimdən bir ay sonra servisin əməkdaşı evə gəlib məhsula baxış keçirdi. Ondan problemin səbəbini soruşduqda tutarlı bir cavab verməyərək, “sizə yalvaran olmuşdu "Kontakt"dan mal alın” deyib uzaqlaşdı".
Müştəri bildirir ki, problemi aydınlaşdırmaq və texniki rəy almaq üçün şirkətə yenidən dəfələrlə müraciət edib. Nəticədə əsassız və ümumi məzmunlu bir akt təqdim olunub:
“Yekun nəticə qeyd olunmuşdu ki, guya mən televizoru düzgün quraşdırmamışam. Lakin quraşdırılma zamanı hansı səhvə yol verdiyimi göstərə bilmədilər. Quraşdırılma standartları haqqında məlumat tələb etdikdə isə mənə məhkəməyə müraciət etməyi məsləhət gördülər. Tələb etdim ki, məhsul yenidən peşəkar servis əməkdaşı tərəfindən müayinə olunsun, çünki verdikləri texniki rəy əsassızdır. Aktda problemi yaradan səbəb əsaslandırılmayıb. "Kontakt Home" istehlakçı hüquqlarımı kobud şəkildə pozdu, mən həm mənəvi, həm də maddi ziyana uğradım".
M.Mikayılov hesab edir ki, təqdim olunan texniki rəy qərəzlidir. O, məhsulun yenidən və obyektiv şəkildə yoxlanışdan keçirilməsini tələb etsə də, bu tələbi cavabsız qalıb. Onun sözlərinə görə, məsələ ilə bağlı "Kontakt Home"un müştəri məmnuniyyəti şöbəsi də qeyri-ciddi yanaşma sərgiləyib:
“Müştəri məmnuniyyəti şöbəsinin əməkdaşları isə sadəcə yola verməklə məşğuldur. Əlaqə saxlayırlar, müştəri məmnuniyyətinin "Kontakt" üçün önəmli olduğunu deyirlər, lakin “aktda nə qeyd olunub?” sualıma cavab verə bilmirlər, çünki aktdan xəbərləri yoxdur. Buradan belə nəticəyə gəlmək olar ki, "Kontakt Home" problemi araşdırmır, birbaşa inkar edir. Çünki satdıqları məhsulların böyük əksəriyyəti servis zəmanəti ilə satılır, rəsmi brend zəmanəti yoxdur. Servis isə "Kontakt"la əlbirdir və müştərinin haqqına girirlər".
Məsələ ilə bağlı "Kontakt Home" mağazalar şəbəkəsinə 3 gün əvvəl ünvanladığımız sorğuya cavab verilmədi.
95 dəfə oxundu