"Direktorun təzyiqinə dözməyən müəllim şikayət etdi – Müəllimə susdu yoxsa susduruldu?"

Bu il həmin coğrafiya müəlliminə 10 saat, daha sonara 5 saat təbiət fənninin pulunu yarıya bölmək şərti ilə verib. Sonradan məktəbdə bir sinifin bağlandığına görə dərsi azaldığı üçün həmin müəllim təbiət fənninə görə pulu yarıya bölməkdən imtina etdiyi üçün direktor ondan 2 saat coğrafiya və 2 saat təbiət dərslərini geri alıb. Bakunews.az xəbər verir ki, Əslində isə tədris ilinin əvvəlində dərs bölgüsü zamanı bu 5 saat təbiət fənni fizika müəlliminə verilmişdi və onun dərsləri 24 saata çatdırılmışdı. Qaydalara görə isə təbiət fənnini müvafiq sertifikatı olmadığı üçün coğrafiya müəlliminə vermək olmazdı. Üstəlik kimya və biologiya müəllimlərinin də hərəsinin 12 saat dərsi var və onlara da bu dərsin verilməməsi özü qaydalara ziddir. Coğrafiya müəllimi təbiət dərsini keçən ay tədris etsə də hətta onun pulu maaş kartına da bu ay köçürülməyib.
Afaq İskəndərzadə gənc coğrafiya müəlliminin kolleqası olan digər müəllim barədə dedikləri qeyd etdiyimiz fikirlərini smartfonun diktafonu ilə yazaraq ona göndərib. Nəticədə həmin müəllimin əri bu qadın coğrafiya müəlliminin ailə üzvlərinə zəng edib və sonda hətta iş polisə şikayət ilə nəticələnib.
Məktəbdə direktor tərəfindən qısnamaya məruz qalan gənc coğrafiya müəllimi məcbur olub Lənkəran-Astara Regional Təhsil İdarəsinə və sonradan Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinə şikayət edib. Lakin sonradan nə baş veribsə şikayətçi iddiasından geri çəkilib. Bu o deməkdir ki, hamı razılığa gəlibsə demək bizə yalnız çay içmək qalır.
Bakunews.az olaraq məqalədə adı çəkilən şəxs və qurumların mövqeyni dinləməyə olduğu kimi dərc etməyə hazırıq.
Tərəfimizdən dərc edilən özəl məqalələrin icazəsiz paylaşılması qadağandır. Məqalə müəllif hüquqi ilə qorunur.
29 dəfə oxundu