Özü şura üzvü, oğlu nazir müavinidir- Mehdiyevlərin aqibəti necə olacaq?

Özü şura üzvü, oğlu nazir müavinidir-Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti, akademik Ramiz Mehdiyev həbs olunub.

DTX Baş İstintaq İdarəsi tərəfindən keçirilmiş əməliyyat istintaq tədbirləri nəticəsində Ramiz Mehdiyevlə bağlı cinayət işi başladılıb.

Bu gün Səbail Rayon Məhkəməsi onun barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.

R.Mehdiyev Cinayət Məcəlləsinin 274 (Dövlətə xəyanət), 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham edilir.

1xeber.media məlumatına görə, Ramiz Mehdiyev hazırda Təhlükəsizlik Şurasının üzvüdür.

O, bu vəzifəyə 2019-cu ildə təyin edilib.

87 yaşlı akademikin oğlu Teymur Mehdiyev isə fövqəladə hallar nazirinin müavinidir.

Onların vəzifələrində qalıb-qalmayacağı yaxın günlərdə məlum olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
28 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...