Vüsal Aslanov “Bakı Metropoliteni”ni idarə edə bilmir? - Keyfiyyətsiz ehtiyyat hissələri və...

Vüsal Aslanov “Bakı Metropoliteni”ni idarə edə bilmir? - Son aylarda Bakı Metropolitenində sərnişinlər ardıcıl texniki nasazlıqların şahidi olurlar. Bugün baş verən tüstülənmə və qatarların dayanması hadisələri, metropolitenin işindəki sistemli çatışmazlıqları bir daha ortaya çıxardı.

Bizimesr.com bildirir ki, Bakı Metropoliteninin vaqon parkı demək olar ki, tamamilə yenilənib.

Özlərinin açıqlamalarına görə, yeni vaqonlar müasir standartlara cavab verir, sərnişinlərin rahatlığı və təhlükəsizliyi üçün nəzərdə tutulub. Lakin bu vaqonların texniki vəziyyəti yalnız vaqonun özü ilə ölçülmür, onların təhlükəsiz və fasiləsiz işləməsi üçün ehtiyat hissələrinin keyfiyyəti və vaxtında dəyişdirilməsi həyati əhəmiyyət daşıyır.

Zaman-zaman metropoliten işçilərindən bizimesr.com-a daxi olan məlumatlarda qeyd olunur ki, təmir zamanı daha ucuz və orijinal olmayan ehtiyat hissələrindən istifadə edilir. Bu isə, hətta yeni və müasir vaqonlarda belə, qısa müddətdə texniki nasazlıqlara səbəb olur. Sistemli təmir və texniki baxışların vaxtında aparılmaması isə problemi daha da dərinləşdirir.

Bu gün metronun “Azadlıq prospekti” stansiyasında qatar texniki nasazlıq səbəbindən sərnişinlərdən boşaldılıb. Daha sonra “Nəriman Nərimanov” stansiyasında qatarda tüstülənmə baş verib. Bakı Metropoliteni QSC-nin açıqlamasına görə, qatarlar depoya göndərilib və xəttə əvəzləyici qatar buraxılıb. Bir neçə saat ərzində 2 hadisə problemlərin sürətlə başladığını açıəq göstərir.

Sistemli təhlillər göstərir ki, problem təkcə bu günün hadisələri ilə bitmir. Əvvəllər də müxtəlif stansiyalarda qatarların dayanması, texniki nasazlıqlar və sərnişinlərin təxliyəsi halları baş verib. Bunlar göstərir ki, metro rəhbərliyi yalnız müasir vaqon almaqla məsələni həll edə bilmir. Texniki xidmətin keyfiyyəti, ehtiyat hissələrinin orijinallığı və vaxtında dəyişdirilməsi olmadan, bu cür hadisələr təkrarlanacaq.

Qeyd edək ki, Bakı Metropoliteni”nin yeni rəisi Vüsal Aslanovdur. Onun metronu biznes obyektinə çevirməsi ilə bağlı ötən günlərdə məlumat verimişdik. Qurum isə hələ də susur.

Bizimesr.com



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
9 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...