Gigiyena və Epidemiologiya Mərkəzində Mama-ginekoloq işləyir? - Saatlıdan şikayət
Redaksiyaya Saatlı Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin fəaliyyəti ilə bağlı bəzi məlumatlar daxil olub. Məlumata görə, Mərkəzdə bəzi əməkdaşlar ixtisaslarına uyğun olmayan vəzifələrdə çalışırlar. Bildirilir ki, bir sıra işçilərin diplomları və peşə hazırlığı ilə bağlı ciddi suallar mövcuddur. Hətta bəzi şəxslərin saxta diplom əsasında işə qəbul edildiyi və tibb sahəsində fəaliyyət göstərdiyi iddia olunur.
Şikayətdə qeyd edilir ki, Mərkəzdə təxminən 10 nəfərə yaxın əməkdaşın təhsil sənədləri və tutduqları vəzifələrin qanunauyğunluğu araşdırılmalıdır. Bəzi işçilər sertifikasiya prosesindən keçməsələr də, əməkhaqqı almaqda davam edirlər.
Ən diqqətçəkən məqamlardan biri isə özünü tibb işçisi kimi təqdim edən şəxslərdən biri ilə bağlıdır. İddialara görə, həmin şəxsin diplomunun həqiqiliyi sual altındadır. Müraciətdə aidiyyəti qurumları həmin diplomun və göstərilən təhsil müəssisəsinin mövcudluğunu araşdırmağa çağırılır.
Həmçinin bildirilir ki, bəzi əməkdaşlar müxtəlif obyektlərdə yoxlamalar aparır, amma onlarıən yoxlama apara biləcək nə təcrübəsi, nə də təhsilləri var..
Bundan başqa, mərkəzin balansında olduğu iddia edilən 90-JL-569 dövlət nömrə nişanlı avtomobillə bağlı da suallar qaldırılır. Müraciətdə qeyd olunur ki, nəqliyyat vasitəsinin istifadəsi və ona aid sənədlərin qanunvericiliyə uyğunluğu araşdırılmalıdır.
Həmçinin mərkəzin rəhbəri Vəli Məhəmmədovun baş verənlərə göz yumduğunu iddia olunur.
Daha bir maraqlı məqam isə Saatlı Rayon Gigiyena və Epidemiologiya Mərkəzində mama-ginekoloq ixtisaslı şəxsin çalışmasıdır. Maraqlıdır, mama-ginekoloq ixtisaslı şəxsin Gigiyena və Epidemiologiya Mərkəzində nə işi var? Həmin vəzifə ştat cədvəlində nəzərdə tutulubmu və əməkdaşın təhsil sənədləri qanunvericiliyin tələblərinə uyğundurmu?
Qeyd edək ki, Respublika Gigiyena va Epidemiologiya Mərkəzinin baş direktoru Sara Həsənovadır.
9 dəfə oxundu












