Qubad İbadoğlu yenidən ABŞ-a qayıtdı
![Qubad İbadoğlu yenidən ABŞ-a qayıtdı Qubad İbadoğlu yenidən ABŞ-a qayıtdı](/uploads/posts/2016-01/1452331917_124789_res_01.jpg)
Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu yenidən ABŞ-a gedib.
"Report"un xəbərinə görə, Q.İbadoğlu ölkəni ABŞ-ın Dyuk Universitetindəki proqramı davam etdirmək məqsədilə tərk edib. O, Duke Universitetinin İqtisadiyyat Departamentində çalışır. Q.İbadoğlunun cəlb edildiyi layihə martda bitəcək.
Virtualaz.org-dan xatırlatma: bir müddət əvvəl saytımızın rəhbəri, araşdırmaçı jurnalist Eynulla Fətullayevin “ABŞ-ın yeni seçimi - Qubad İbadoğlu” adlı təhlili yazısını dərc etmişdik. Həmin yazıda qeyd olunurdu ki, Azərbaycandakı status-kvonun dəyişməsində həddən artıq maraqlı olan Vaşinqton 2018-ci ilin prezident seçkiləri ərəfəsində müxalif qüvvələrin yeni nisbətindən ibarət yeni şərait modelləşdirməyə çalışır və məsələdə Qubad İbadoğluna “stavka” edir.
Yeri gəlmişkən, Q.İbadoğlu ADR rəhbəri seçiləndən dərhal sonra - 2015-ci ilin fevralında ABŞ-a yollanmış və Azərbaycan hakimiyyətinə qarşı tənqidi hücumlarını okeanın o tayından da davam etdirmişdi.
1015 dəfə oxundu