Naxçıvanda ictimai nəqliyyatda yalnız elektrik mühərrikli avtobuslar işləyəcək - SƏRƏNCAM

Gundeminfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Naxçıvan şəhərində ictimai nəqliyyatın tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb.
Sərəncam iqlim dəyişikliyinə qarşı mübarizə və ekoloji dayanıqlılığın artırılması üçün ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və istifadəsinin genişləndirilməsi məqsədi daşıyır.
Bildirilib ki, Naxçıvan şəhərinin ictimai nəqliyyat sistemində sərnişin daşımalarının yalnız elektrik mühərrikli avtobuslarla təşkili məqsədilə 60 ədəd elektrik mühərrikli avtobus alınacaq və enerjidoldurma cihazları quraşdırılacaq, habelə həmin avtobuslara xidmət səviyyəsinin yüksəldilməsi üçün depo (qaraj) infrastrukturu təkmilləşdiriləcək. Bu məqsədlə "BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinə 33 milyon 449 min manat vəsait ayrılıb.
60 dəfə oxundu