Bu il Azərbaycana Rusiyadan 8 milyon həşərat gətirilib

 Bu il Azərbaycana Rusiyadan 8 milyon həşərat gətirilib
Bu ilin ilk rübü ərzində xarici ölkələrdən Azərbaycana 8 milyon 509 min 450 ədəd həşərat idxal olunub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan həşəratların 100 ədədinin orta gömrük qiyməti 30 sent (51 qəpik) olub.
Qeyd edək ki, idxal olunan həşəratların 8 milyon 89 min ədədi və ya 95%-i Rusiyadan gətirilib. Rusiyadan gətirilən 100 ədəd həşəratın orta gömrük qiyməti isə 21 sent (37 qəpik) təşkil edib.
Bundan başqa, 168 min 450 ədəd həşərat Mərakeşdən, 252 min həşərat isə Belçikadan idxal edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
49 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...