Bu ölkədə öskürək əleyhinə siropdan onlarla uşaq öldü
Gundeminfo.az Oxu.Az-a istinadla xəbər verir ki, ölümcül öskürək sirop uşaqlarda kəskin böyrək çatışmazlığına səbəb olub. Bu da faciəli nəticələrə gətirib çıxarıb.
Aparılan istintaq zamanı "Coldrif" siropunun istehsalında 300-dən çox kobud pozuntu aşkar edilib. Dərmanın tərkibində yüksək toksik təsirə malik dietilen-qlikol maddəsi aşkarlanıb. Preparatda bu maddənin miqdarı icazə verilən həddən 50% artıq olub. Məlumatlara görə, şirkət istehsal xərclərini azaltmaq məqsədilə təhlükəsiz əczaçılıq komponentlərini bu zəhərli maddə ilə əvəz edib.
Faciə ilə əlaqədar "Sresan Pharmaceuticals" müəssisəsi artıq fəaliyyətini dayandırıb. Şirkət rəhbərliyinə ehtiyatsızlıqdan adam öldürmə, dərmanların saxtalaşdırılması və əczaçılıq məhsullarının buraxılması barədə qanunun pozulması ittihamları irəli sürülüb.
109 dəfə oxundu












