Hesablama Palatası: Büdcə layihəsində xarici borclanma ilə bağlı alt sənədlər yoxdur
"Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının sənədə verdiyi Rəydə bildirilir.
Rəyə əsasən, 2026-cı ildə daxili borclanma üzrə limit sabit saxlanıb, xarici borclanma və dövlət zəmanəti üzrə limitlər əhəmiyyətli artırılıb, lakin bununla bağlı büdcə zərfində müvafiq alt sənədlər təqdim edilməyib.
Bu il üçün daxili dövlət borclanmasının yuxarı həddi 2 milyard manat, xarici dövlət borclanmasının yuxarı həddi 3,5 milyard manat, il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi 2 milyard manat məbləğində təsdiq edilib, təqdim olunan məlumatlara əsasən, bu ilin ilk 6 ayında dövlət istiqrazlarının emissiyasından əldə edilən vəsaitlər yalnız təkrar maliyyələşməyə yönəldiliub, daxili borclanma limitindən istifadə edilməyib, xarici dövlət borclanması üzrə isə 197 milyon ABŞ dolları və 35 milyon avro dəyərində üç kredit müqaviləsi imzalanıb. Növbəti ildə limit cari ilə nisbətən daxili borclanma üzrə eyni qalsa da, xarici borclanma üzrə təqribən 1,7 dəfə artırılaraq 6 milyard manata, dövlət zəmanəti üzrə isə 1,5 dəfə artaraq 3 milyard manata çatdırılıb.
3 dəfə oxundu










