Nazirlik 10 nəşriyyatla müqavilə imzaladı –
Yeniavaz.com xəbər verir ki, bir mənbədən satınalma metodu əsasında imzalanan müqavilələrin ümumi dəyəri 435 min 440 manat olub.
Qeyd edək ki, nazirlik ən çox “Teas-Press Nəşriyyat Evi” MMC-dən, ən az isə “Altun Kitab” MMC-dən kitablar alacaq.
Elm və Təhsil Nazirliyi dövlət ümumtəhsil məktəblərinin kitabxanaları üçün aşağıdakı şirkətlərdən kitablar alacaq:
“Xan Nəşriyyatı” MMC (VÖEN – 2903015961) – 29 760 manat
“ReadEng Nəşriyyatı” MMC (VÖEN – 1805308261) – 39 060 manat
“Qədim Qala” MMC (VÖEN – 1402059961) – 26 040 manat
“Teas-Press Nəşriyyat Evi” MMC (VÖEN – 1701563481) – 85 800 manat
“Altun Kitab” MMC (VÖEN – 2000096021) – 17 820 manat
"Təhsil" Nəşriyyat-Poliqrafiya MMC (VÖEN – 1300379491) – 26 720 manat
“Ağıllı Bala” MMC (VÖEN – 1903645361) – 48 640 manat
“Everest Nəşriyyat Evi” MMC (VÖEN – 1306342531) – 51 850 manat
“Nərgiz Nəşriyyatı” MMC (VÖEN – 1601365831) – 39 990 manat
“Libra Kitab” MMC (VÖEN – 1504275961) – 69 760 manat
Onu da bildirək ki, ötən il də Elm və Təhsil Nazirliyi ölkədə kitab çapı və satışı ilə məşğul olan 8 aparıcı şirkət ilə ümumi dəyəri 749 min 717 manat 50 qəpik olan satınalma müqavilələri imzalayıb:
“Qanun Nəşriyyatı” MMC (VÖEN – 1700670061) – 319 095 manat
“Teas-Press Nəşriyyat Evi” MMC (VÖEN – 1701563481) – 152 732,5 manat
“Altun Kitab” MMC (VÖEN – 2000096021) – 105 300 manat
"Təhsil" Nəşriyyat-Poliqrafiya MMC (VÖEN – 1300379491) – 58 500 manat
“Ağıllı Bala” MMC (VÖEN – 1903645361) – 36 000 manat
“Everest Nəşriyyat Evi” MMC (VÖEN – 1306342531) – 34 650 manat
“Nərgiz Nəşriyyatı” MMC (VÖEN – 1601365831) – 29 940 manat
“Libra Kitab” MMC (VÖEN – 1504275961) – 13 500 manat
Açıqlanan məlumatlardan da göründüyü kimi, ötən il nazirliyin kitab aldığı nəşriyyatlardan yalnız “Qanun Nəşriyyatı” MMC bu il siyahıya düşməyib. Əvəzində isə 3 yeni şirkət – “Xan Nəşriyyatı” MMC, “ReadEng Nəşriyyatı” MMC və “Qədim Qala” MMC ilə müqavilələr imzalanıb.
24 dəfə oxundu
















