Türkiyə dünya aviasiya tarixində ilkə imza atdı

Türkiyə dünya aviasiya tarixində ilkə imza atdıDünya aviasiya tarixində ilk dəfə olaraq Türkiyədə iki pilotsuz döyüş təyyarəsi avtonom şəkildə bir-birinə çox yaxın məsafədə uçuş həyata keçirib.

“Qafqazinfo” xəbər verir ki, “Baykar” şirkəti tərəfindən verilən açıqlamaya görə, Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi olan “Bayraktar Kızılelma”nın inkişaf prosesi yeni qabiliyyətlərin inteqrasiyası ilə ardıcıl şəkildə davam edir.

Çorluda yerləşən “AKINCI” Uçuş Təlim və Sınaq Mərkəzində aparılan işlər çərçivəsində iki fərqli “Bayraktar Kızılelma” prototipi eyni vaxtda səmada tapşırıq icra edib.

Keçirilən sınaq uçuşunda “Bayraktar Kızılelma” nın üçüncü prototipi PT3 və beşinci prototipi PT5 bir-birinin ardınca havaya qalxıb. Səmaya qalxan iki pilotsuz döyüş təyyarəsi “Baykar” mühəndisləri tərəfindən hazırlanmış ağıllı filo avtonomiyası alqoritmləri sayəsində bir-biri ilə koordinasiyalı şəkildə hərəkət edərək, avtonom döyüş pilotu rejimində formasiya uçuşu həyata keçirib.

Bununla da, dünya aviasiya tarixində ilk dəfə iki pilotsuz döyüş təyyarəsi avtonom olaraq bir-birinə çox yaxın məsafədə uçuşu icra edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...