30 yaşdan sonra insanlar niyə evlənmək istəmir? – Psixoloq açıqladı
Psixoloqlar tez-tez bildirirlər ki, insan gerçək sevgini və emosional yetkinliyi məhz 30 yaşdan sonra kəşf edir. Lakin reallıq tam fərqli mənzərə ortaya qoyur: statistika göstərir ki, 30 yaşdan sonra evlənənlərin sayı azalır, insanlar evliliyə daha ehtiyatla yanaşır. Üstəlik, cəmiyyətdə hələ də “30 yaşa qədər evlənməsən, gecdir” kimi stereotiplər mövcuddur. Bəs nə baş verir? Niyə bir tərəfdən psixoloji yetkinlikdən danışılır, digər tərəfdən isə evliliyə maraq zəifləyir? Psixoloji analiz bu ziddiyyətin səbəblərini necə izah edir?
Mövzu ilə bağlı Tribuna.az-a açıqlama verən psixoloq Dilruba Həsənova bildirib ki, 30 yaşa qədər insanın demek olar öz kimliyi formalaşır.
D. Həsənovanın sözlərinə görə, travmalarını, uşaqlıq sxemlərini yaşayır,
münasibətlərdə daha impulsiv ola bilir,
bəzən ehtiyacla sevgini qarışdırır (təhlükəsizlik, valideyn boşluqları, təsdiqlənmə ehtiyacı).
30-dan sonra isə adətən
insan özünü daha yaxşı tanıyır,
nə istədiyini və nə istəmədiyini seçə bilir və buna görə də davranır.
Psixoloq qeyd edib ki, bu yaşda insanın sərhədləri formalaşır,
emosional yetkinlik artır, özgüvənli olur. Qərarlar verməyi bacarır.
Bu baxımdan sevgi daha şüurlu olur, amma belə olduğu halda, evlilik arzusu azala bilər. Səbəblər isə mental psixoloji sosialdır. Məsələn İnsan uzun müddət
tək yaşayır,
qərarlarını özü verir,
maliyyə və emosional sərbəstliyə öyrəşir.
Bu zaman
“Həyatımı paylaşmaq məni nə qədər məhdudlaşdıracaq?”
deyə daxili müqavimət yaranır, bu bir növ qorxu hissidir.
30 yaşdan sonra çox insan xəyanət,
ayrılıq,
emosional istismar,
boşanma yaşamış olur.
Bu isə:
bağlanma qorxusu,
ehtiyatlılıq,
güvən problemi yaradır.
Buna görə də seçicilik artır.
Her şeyi “olduğu kimi qəbul etmək” çətin olur. Bundan başqa,
dəyərlər uyğun olmalıdır,
emosional zəka,
hörmət,
ailə modeli, məsuliyyət.
Standart yüksəldikcə, uyğun namizədin sayı azalır.
Komfort zonası güclənir deyə.
İnsan artıq həyat sistemini qurub:
işi var,
dost çevrəsi var,
gündəlik rejimi var.
Yeni biri bu sistemi dəyişməli olur — psixoloji olaraq bu risk kimi hiss olunur.
Eyni zamanda Azərbaycan mentalitetində 30 yaş faktoru var.
Bizdə cəmiyyət bu halı normal qarşılamır.
Qadın üçün “tez ailə qurmalısan”,
kişi üçün “get evlən” təzyiqi yaradır.
“30-a qədər evlənməsən, evdə qalacaqsan” kimi ifadələr sosial qorxu yaradır, öz dəyərini evliliklə ölçməyə səbəb olur, tələskən qərarlara şərait yaranır.
Bu təzyiq bəzi insanlarda əks effekt verir:
evliliyi yük kimi görməyə başlayırlar,
qorxu ilə yaxınlaşırlar,
“məcbur qalmalıyam” hissi yaranır.
Mütəxəssis sonda vurğulayıb ki, bioloji olaraq baxsaq,
qadınlarda reproduktiv sistem yaşla dəyişir,
kişilərdə də hormon səviyyələri tədricən enir.
Amma sevgi və bağlanma hormonları — oksitosin, dopamin — yaşdan asılı olaraq itmir.
Sadəcə
gənclikdə ehtiras üstünlük təşkil edir
sonralar təhlükəsizlik və emosional uyğunluq ön plana keçir.
Bütün qeyd etdiklərimizlə bərabər
iqtisadi çətinliklər,
iş yükü,
sosial şəbəkələrdə seçim bolluğu illüziyası,
“daha yaxşısı tapılar” düşüncəsi,
fərdi inkişafın prioritet olması.
Bütün bunlar evliliyi gecikdirir.
Praktikada gördüyüm əsas məqamlara baxsam deyə bilərəm ki,
30 yaşdan sonra insanlar evliliyə qarşı deyil — sadəcə evliliyə daha şüurlu və məsuliyyətli yanaşmağa başlayırlar. Bu yaşdan sonra tələsik seçim etmək yox, daxili uyğunluğu, emosional təhlükəsizliyi və dəyərlərin üst-üstə düşməsini əsas götürürlər.
Seanslarda tez-tez rast gəldiyim mövzulardan biri də budur: insanlar artıq “başqaları nə deyər” sualı ilə deyil, “mən bu münasibətdə özüm ola biləcəyəmmi?” sualı ilə qərar vermək istəyirlər.
Mənim fikrimcə, evliliyin gecikməsi problem deyil, — problem, insanın qorxu, keçmiş yaralar və sosial təzyiqlər səbəbilə münasibətlərdən tamamilə uzaqlaşmasıdır. Sağlam münasibət yaşdan yox, psixoloji yetkinlikdən başlayır.
Əgər insan öz emosional ehtiyaclarını tanıyır, bağlanma tərzinin fərqindədirsə və real gözləntilərlə münasibət qurursa, 30 yaşdan sonra da sevgi və ailə qurmaq mümkündür — hətta çox vaxt daha sabit və davamlı olur. Məncə ən doğru qərarlar da 30 yaşdan sonra verilir. Onsuz da boşanmaların sayı çoxdur, yaxşı olardı ki, insanlarımız mental təzyiqləri azaldıb müasir dünya ilə ayaqlaşsınlar. Belə olan halda, məncə bir çox boşanmaların da qarşısını ala bilərik.
Dəniz Pənahova
25 dəfə oxundu










