Deputat tərəfindən döydürüldüyü deyilən Pərviz Mirizadə işindən ayrılıb

Deputat tərəfindən döydürüldüyü deyilən Pərviz Mirizadə işindən ayrılıb Ana Vətən Partiyasının (AVP) sədri, deputat Günay Ağamalının köməkçisi Pərviz Mirizadə işindən ayrılıb.

Gundem.info.az xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, o, ötən həftə sözügedən vəzifəni tərk edib.

Xatırladaq ki, bir neçə gün əvvəl deputat Günay Ağamalının atası Fəzail Ağamalının yas mərasimində köməkçisi Pərviz Mirizadəni mühafizəçilərinə döydürməsi ilə bağlı iddialar yayılmışdı.

Lakin hər iki tərəf bu xəbərləri təkzib etmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
25 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...