Zaur Əliyevlə birlikdə bu məmurlar da vəzifəsiz qalıb - SİYAHI
"Gundeminfo" Qaynarinfo-ya istinadla xəbər verir ki, qurumun ləğvindən sonra xeyli sayda yüksək vəzifəli məmur vəzifələrini itiriblər.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyevlə yanaşı, qurumun sədr müavini Nigar Bayramova da vəzifəsiz qalıb. İTSDA bunlarla yanaşı 10-dan çox yüksək vəzifəli şəxs də vəzifəsini itirib:
* Tibbi planlama departamenti rəhbəri Hikmət İbrahimli,
* Hüquq departamenti rəhbəri Aysel İbayeva,
* Maliyyə departamentinin rəhbəri Rasim Həsənov,
* Vətəndaş müraciətləri və sənədlərlə iş departamentinin rəhbəri Ehtiram Mikayılov ,
* Beynəlxalq əlaqələr departamentinin rəhbəri Ruslan Abdullayev,
* İnzibati idarəetmə departamentinin rəhbəri Emin Hüseynov,
* İnformasiya texnologiyaları departamentinin rəhbəri Nicat Kərimov,
* Tibbi yardımın maya dəyərinin hesablanması xidmətinin rəhbəri Orxan Qənbərov,
* Strateji inkişaf və iqtisadi təhlil departamentinin rəhbəri Ramil Muxtarzadə,
* Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova,
* İnsan resurslarının idarəedilməsi və inkişafı departamentinin rəhbəri Müşfiq Əmircanov,
* Çağrı mərkəzi xidmətinin rəhbəri Nərminə Ramazanova
* Tibbi xidmətlərin təminatı və ekspertizası departamenti Nərgiz Ağayevadır.
7 dəfə oxundu














