Daha bir qurum “ASAN müraciət” informasiya sisteminə İNTEQRASİYA OLUNDU
Bununla bağlı GUNDEMİNFO-ya Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bununla da sistemin iştirakçı qurumlarının sayı 100-ə çatıb. Məlunatda bildirilir ki, bu mühüm mərhələ sistemin əhatə dairəsinin genişlənməsi və funksionallığının daha da gücləndirilməsi baxımından əhəmiyyətlidir.
Yeni inteqrasiya nəticəsində artıq “ASAN müraciət” informasiya sistemi vasitəsilə açıq məkanlarda yerləşdirilən reklamlarla bağlı da müraciətlər ünvanla bilinəcək.
İstifadəçilər aşağıdakı istiqamətlər üzrə müraciətlərini rahatlıqla təqdim edə bilərlər:
- Qanunsuz reklam yerləşdirilməsi;
- Qəzalı və təhlükəli reklam daşıyıcıları;
- Dil və məzmun pozuntuları;
- Müddəti bitmiş reklamlar;
- Səs-küy və işıq çirkliliyi;
- Estetik normaların pozulması.
Bu yenilik şəhər mühitinin daha təhlükəsiz, nizamlı və estetik baxımdan cəlbedici olmasına töhfə verir.
Vətəndaşlar “ASAN müraciət” informasiya sistemi vasitəsilə ictimai əhəmiyyət daşıyan problemlərlə bağlı müraciətlərini operativ şəkildə təqdim edə bilərlər. Daxil olan müraciətlər “ASAN müraciət” informasiya sisteminin əməkdaşları tərəfindən aidiyyəti qurumlara yönləndirilir.
7 dəfə oxundu













