Zığdakı kütləvi dava ilə bağlı - 7 nəfər saxlanıldı

Zığdakı kütləvi dava ilə bağlı - Bakının Suraxanı rayonu Zığ qəsəbəsi ərazisində kütləvi dava olması ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Hadisə ötən gün baş verib.

Gundeminfo xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən bildirilib ki, baş vermiş insidentlə bağlı polisə müraciət daxil olub.

Müraciət əsasında araşdırma başlanılıb, hadisə yerinə baxış keçirilib, iştirakçıların izahatları alınıb və müvafiq ekspertizalar təyin edilib.


Müəyyən olunub ki, hadisə tərəflər arasında yaranmış mübahisə zəminində baş verib. Mübahisə zamanı iştirakçılar qarşılıqlı olaraq bir-birilərinə xəsarətlər yetiriblər.

Qeyd edək ki, hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

***

Hadisə iştirakçılarından 7 nəfər saxlanılıb. Fakta görə Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
5 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...