“Mərkəzi Bank bu il 1,5 milyard dollar alıb, manatı möhkəmlənməyə qoymayıb” – Mərkəzi Bankın sədri

“Mərkəzi Bank bu il 1,5 milyard dollar alıb, manatı möhkəmlənməyə qoymayıb” –2026-cı ilin ilk altı ayında Azərbaycan Mərkəzi Bankının keçirdiyi valyuta hərraclarında satılan xarici valyutanın həcmi əvvəlki illərlə müqayisədə kəskin azalıb.

GUNDEMİNFO xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov AZTV-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, cari ilin ilk altı ayında Mərkəzi Bank valyuta hərraclarında 757 milyon ABŞ dolları satıb.

“Müqayisə üçün qeyd edim ki, 2025-ci ilin eyni dövründə bu rəqəm 2,7 milyard ABŞ dolları, 2024-cü ilin ilk altı ayında isə 3,5 milyard ABŞ dolları olub. Göründüyü kimi, kifayət qədər azalma var”, – deyə Taleh Kazımov bildirib.

Mərkəzi Bank sədri qeyd edib ki, eyni dövrdə qurum 1,5 milyard ABŞ dolları həcmində alış yönümlü müdaxilə həyata keçirib.

“Azərbaycan manatının həddindən artıq möhkəmlənməsinin qarşısını almaq üçün bazara müdaxilə etdik ki, məzənnə 1,7 səviyyəsində qalsın. Bu gün valyuta bazarında təklif tələbi üstələyir”, – deyə o vurğulayıb.

Kazımovun sözlərinə görə, son illərdə əhalinin milli valyutaya etimadı da nəzərəçarpacaq dərəcədə artıb.

O bildirib ki, 2021-ci ildə rezident fiziki şəxslərin bank əmanətlərinin 40 faizi xarici valyutada saxlanılırdısa, hazırda bu göstərici 25 faizə enib.

“Son dörd ildə manatla olan əmanətlərin həcmi iki dəfədən çox artaraq 6,3 milyard manat yüksəlib və hazırda 12,5 milyard manat təşkil edir. Bu da əhalinin manata inamının gücləndiyini və xarici valyutaya tələbatın azaldığını göstərir”, – deyə Mərkəzi Bankın sədri qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
13 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...