Səhiyyə Nazirliyi “Sandoz Pharma”a aid məlumatları “saxta” adlandırdı
“Yeni Sabah” xəbər verir ki, guya AEM-də hansısa "Sandoz Pharma Departamenti" ilə birgə fəaliyyət göstərir, "barkodçu" vəzifəsinə işçi qəbulu aparırvə namizədlərin məlumatlarının AEM-in daxili reyestrində qeydiyyata alınır.
Nazirlik bu məlumatları “saxta” adlandırıb: Marqarita pizza
“Yayılan saxta sənədin sonunda guya "Analitik Ekspertiza Mərkəzi Sandoz Pharma Departamentinin İnsan Resursları Departamentinin Etibar Abdalov" adlı şəxsin imzası göstərilib. AEM-də Etibar Abdalov adlı şəxs çalışmır. Bundan əlavə, sənəd avqustun 2-də yayılsa da, onun üzərində "03.08.2026" tarixi qeyd olunub. Bu ziddiyyət sənədin saxta olduğunu açıq şəkildə göstərir.
İşə qəbul adı altında vətəndaşlarla əlaqə saxlayan şəxs özünü "Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin tabeçiliyində fəaliyyət göstərən “Sandoz Pharma” şirkətinin İnsan resursları üzrə baş koordinatoru Fariz Heydərov" kimi təqdim edir və vətəndaşdan guya "müqavilə rekvizitlərinin rüsumu" adı ilə müəyyən bank hesabına pul köçürməsini tələb edir.
Analitik Ekspertiza Mərkəzinin tabeliyində nəinki "Sandoz Pharma", ümumiyyətlə heç bir özəl şirkət fəaliyyət göstərmir”.
9 dəfə oxundu










