Məktəbi bitirə bilməyənlər imtahan verəcək
![Məktəbi bitirə bilməyənlər imtahan verəcək Məktəbi bitirə bilməyənlər imtahan verəcək](/uploads/posts/2016-03/1459236510_63-nc3b6mrc999li-orta-mc999ktc999b-bayraq-gunu-1.jpg)
Əvvəlki illərdə ümumtəhsil məktəblərində oxuyub ümumi orta və tam orta təhsilini bitirə bilməyən şagirdlər üçün 11, 12, 13 may tarixlərində eksternat qaydasında imtahanlar keçiriləcək.
Bakı Şəhəri Təhsil İdarəsindən Modern.az-a verilən məlumata görə, qeydiyyat 01 aprel 2016-cı il tarixdən 20 aprel 2016-cı il tarixə kimi iş günləri saat 14:00-dan 17:00-dək aparılacaq, sənəd qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsində həyata keçiriləcək. Qeydiyyat üçün tələb olunan sənədlər:
1. Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş sürəti;
2. 2 ədəd 3x4 ölçüdə fotoşəkil;
3. Təhsil müəssisəsindən neçənci sinfi bitirdiyinə dair arayış;
4. Ümumi orta təhsil haqqında sənədin (şəhadətnamə) notarial qaydada təsdiq olunmuş surəti (tam orta təhsil sənədi –attestat almaq istəyənlər üçün);
5. 18 yaşına çatmış hərbi mükəlləfiyyətli şəxslər üçün hərbi bilet və notarial qaydada təsdiq edilmiş surəti və ya hərbi qulluqdan kənarda qalmağa əsas verən sənəd və notarial qaydada təsdiq edilmiş surəti;
6. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin adına ərizə.
Eksternat imtahanları Bakı şəhəri 45 nömrəli tam orta məktəbdə baş tutacaqd.
Ərizələri BŞTİ tərəfindən qəbul edilmiş eksternlər 4, 5, 6 may tarixlərində saat 10:00-dan 16:00-dək 45 nömrəli tam orta məktəbdən imtahana buraxılış vərəqələrini əldə edə biləcəklər.
Qeyd edək ki, imtahana gələrkən şəxsiyyət vəsiqəsinin əslinin gətirilməsi vacibdir.
1053 dəfə oxundu