Travmatologiya və Ortopediya İnstitutuna yeni direktor təyin edilib

İnstitutun keçmiş direktoru Vaqif Verdiyev öz ərizəsi ilə vəzifəsindən azad olunub.
Qeyd edək ki, İ.Qasımov 1965-ci ildə Bakı şəhərində anadan olub. 1988-ci ildə Azərbaycan Tibb İnstitutunu bitirib. 1994-cü ildə Moskva şəhərinin Mərkəzi Travmatologiya İnstitutunda namizədlik dissertasiyası müdafiə edib. 1996-2000-ci illlərdə Moskva şəhərinin Mərkəzi Travmatologiya İnstitutunda doktorantura keçib, tibb elmləri doktoru dərəcəsini müdafiə edib.
2000-2004-cü illərdə Moskva şəhərinin Mərkəzi Travmatologiya İnstitutunun İri oynaqların artroplastikası və endoprotezləşdirilməsi şöbəsində baş elmi işçi vəzifəsində çalışıb. 2004-2006-ci illərdə Rusiya Tibb Akademiyasının Diplomdan sonkarı təkmilləşdirmə, travmatologiya və ortopediya kafedrasının elmi işçisi olub. Sonralar Bakı şəhərinə qayıdaraq ixtisas üzrə çalışıb.
1140 dəfə oxundu