"Bizim azarkeşlərə bilet satmayın" - Türkiyə klubunun rəqibdən xahiş etdi
Çempionlar Liqasının qrup mərhələsinin son turunda "Beşiktaş”ı qəbul edəcək "Leyptsiq” klubunun rəhbərliyi türkiyəli azarkeşlərə bilet satmamaq qərarına gəlib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Xəbərdə "Leyptsiq”dən bildirilib ki, bu qərar "Beşiktaş” rəhbərliyinin xahişi əsasında yerinə yetirib.
Ötən mövsüm Avoliqada "Lion”la baş tutan səfər oyunundakı hadisələrdən sonra UEFA tərəfindən 2 illik sınaq müddətinə cəlb edilən İstanbul təmsilçisinin oyunlarında bu müddətdə oxşar hadisələr yaşanacağı halda, avrokuboklardan kənarlaşdrıla bilər. Bundan qorxuya düşən "qara qartallar"ın rəhbərliyi Çempionlar Liqasının cari mövsümündə baş tutmuş "Portu” və "Monako” ilə səfər oyunlarına azarkeş aparmamışdı.
Avropada yaşayan türklərin də oyuna gəlməsinə əngəl olmağa çalışan klub rəhbərliyi rəqiblərinə onlara bilet satmamağı məsləhət bilib.
Xatırladaq ki, "Beşiktaş” son oyundan öncə qrup liderliyini təmin edib.
"Leyptsiq” - "Beşiktaş” matçı dekabrın 6-da, saat 23:45-də başlayacaq.
905 dəfə oxundu