İmişli RPŞ-də saxlanılan şəxslər intihara cəhd edib

İmişli RPŞ-də saxlanılan şəxslər intihara cəhd edib

İmişli Rayon Polis Şöbəsində saxlanılan şəxslər intihara cəhd edib.

APA-nın məlumatına görə, Cinayət Məcəlləsinin 181-ci (quldurluq), 149-cu (zorlama) və 150-ci (seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddələri ilə təqsirləndirilərək tutularaq İmişli RPŞ-nin müvəqqəti yerinə gətirilən Xalid İbrahimov və Asim Cəfərov kəsici alətlə özlərinə xəsarət yetiriblər.

Həyata keçirilən tədbirlər nəticəsində intihara cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb və hər iki şəxsə ilkin tibbi yardım göstərilib.

İlkin məlumata görə, onlar bu addımı zorlamada təqsirləndiklərinə etiraz olaraq atıblar.

İmişli rayon Polis Şöbəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, hazırda hər iki şəxsin vəziyyəti yaxşıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1047 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...