Müəllimlərin maaşı nə qədər artıb? - Hökumət staja görə artım dərəcələrini müəyyənləşdirdi

Bu il yanvarından 1-dən etibarən dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşları açıqlanıb.
Bu, Nazirlər Kabinetinin "Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxeminin və məbləğlərinin təsdiq edilməsi haqqında” qərarında əksini tapıb.
Diaqnostik qiymətləndirilmədən keçmiş ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan ali təhsilli müəllimin bir stavka dərs yükü 18 saat olmaqla, aylıq vəzifə maaşı pedaqoji stajı 3 ilədək olduqda 350 manat, pedaqoji stajı 3 ildən 8 ilədək olduqda 375 manat, pedaqoji stajı 8 ildən 13 ilədək olduqda 395 manat, pedaqoji stajı 13 ildən 18 ilədək olduqda 420 manat, pedaqoji stajı 18 ildən çox olduqda 450 manat olacaq.
Diaqnostik qiymətləndirilmədən keçmiş ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan orta ixtisas təhsilli müəllimin bir stavka dərs yükü 18 saat olmaqla, aylıq vəzifə maaşı pedaqoji stajı 3 ilədək olduqda 320 manat, pedaqoji stajı 3 ildən 8 ilədək olduqda 335 manat, pedaqoji stajı 8 ildən 13 ilədək olduqda 350 manat, pedaqoji stajı 13 ildən 18 ilədək olduqda 370 manat, pedaqoji stajı 18 ildən çox olduqda 400 manat olacaq.
Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşlarına qrup rəhbərliyinə görə 50 manat əlavə ödəniləcək/apa.
1012 dəfə oxundu