Kəlbəcərin elektrik enerjisi ilə təminatına 24,5 milyon manat ayrıldı - SƏRƏNCAM

Kəlbəcərin elektrik enerjisi ilə təminatına 24,5 milyon manat ayrıldı -

Prezident İlham Əliyev Kəlbəcər rayonu ərazisində dövlət sərhədinin mühafizəsi və müdafiəsinin təşkilinin elektrik enerjisi ilə təchizatı haqqında sərəncam imzalayıb.

Gundeminfo.az-ın məlumatına görə, sərəncama əsasən Kəlbəcər rayonu ərazisində dövlət sərhədinin mühafizəsi və müdafiəsinin təşkilinin etibarlı və dayanıqlı elektrik enerjisi ilə təchizatı məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə 24 milyon 500 min manat ayrılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
727 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...