Vaksin etdirmək hamiləliyə necə təsir edir? - Ginekoloq
"Vaksinin hamilə qadına heç bir təsiri yoxdur”.
Bunu Qaynarinfo–ya açıqlamasında Biləcəri Dəmir Yolu Xəstəxanasının mama-ginekoloqu Təranə Fətəliyeva təzə ailə quranların vaksin etdirməsinin hamiləlik yaranacağı halda qadına necə təsir göstərməsi sualına aydınlıq gətirərkən deyib. Ginekoloq bildirib ki, xəstələri arasında COVİD-ə qarşı vaksin vurdurub hamilə qalanlar üstünlük təşkil edir:
"Hazırda onların hamiləlikləri davam edir və uşağın ana bətnində yaxşı inkişafı var. Mənim xəstələrimin bəziləri qış aylarında COVİD oldular. Hətta onlardan biri iki dəfə COVİD-ə yoluxub. Normal da uşaq dünyaya gətirdi. Vaksin vurdurub hamilə qalanların arasında birinci hamiləyi olanlar da var. Onlar hamiləliyini pozdurmurlar, uşağı dünyaya gətirəcəklərində israrlıdırlar. Eləsi var 4 aylıq, eləsi də var 24 həftəlikdir, normalda hamiləlik keçirdirlər”.
Təranə Fətəliyeva bildirib ki, xəstələr arasında COVİD-ə yoluxan, amma vaksin vurdurmayanlar var:
"Onların vəziyyəti ağırdır. Amma vaksin vurduran xəstələr isə özünü yaxşı hiss edir”.
842 dəfə oxundu