Şənbə      15 mart 2025     07:32:28  

Zaqulba, Buzovna, Mərdəkan sahilində balıqlar niyə tələf olur

Zaqulba, Buzovna, Mərdəkan sahilində balıqlar niyə tələf olur
Zaqulba, Buzovna, Mərdəkan çimərliklərində balıqların tələf olmasına səbəb son günlər havaların isti keçməsi, dəniz suyunun temperaturunun qalxması nəticəsində suda oksigenin azalmasıdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Mehman Axundov bildirib.

O qeyd edib ki, yay aylarında bu, təbii prosesdir və suyun dayaz hissələrində balıqların ölümünü müşahidə etmək mümkündür.

Xidmət rəsmisinin sözlərinə görə, tələf olmuş balıqlar üzərində aparılan analizlərin nəticələri də balıq nümunələrində infeksion xəstəliklərin və zəhərlənmə hallarının olmadığını göstərib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
595 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...