"Ermənilər təlim keçmiş itləri insanların üstünə buraxırdı” -

 "Ermənilər təlim keçmiş itləri insanların üstünə buraxırdı” -
“Ermənilər tərəfindən bizim üstümüzə güllə yağış kimi yağırdı”.

APA-nın məlumatına görə, bunu ailə üzvləri itkin olan Müşfiq Əliyev deyib. O bildirib ki, atası ağır yaralanıb: “Orada olanda mənə yenidən güllələr dəydi, özümü itirdim. Özümə gələndə gördüm ki, ermənilər biz gedən maşını vurublar və əhatəyə alıblar. Onlar mənə əmr verdilər ki, aşağı düş. Bu zaman mən meyitlərin necə yandırılmasının şahidi oldum. Məni maşından yerə atdılar. Bu zaman kiçik qardaşımın da yerdə yaralı olduğunu gördüm. Bir balanın gözü qarşısında ana-atanın qətlə yetirilməsini görmək həqiqətən də dözülməzdir. Mən ermənilərə qardaşıma kömək etmələri üçün yalvarırdım. Amma onlar qardaşımın yarasını təpikləyirdilər. Anam da yaralı idi. Atam kabinədə ağır yaralanmışdı, son taleyindən xəbərim yox idi. Orada bizi ermənilər güllələmək istədilər.

Tankla yaralıların üzərindən keçmək istəyirdilər. Ancaq içlərindən biri buna qarşı çıxdı. Bizi ağır vəziyyətdə “Kamaz”a atdılar və Ağdərəyə gətirdilər. Orada yaralıların sayı daha çox idi. Gecə bizi Xankəndidə uşaq xəstəxanasına apardılar. Mənim ayağımı orada əməliyyat etməyə başladılar. Sonra bir erməni həkimi palatada qəzəbli şəkildə əlində tibb qayçısı ilə mənə yaxınlaşdı. Ağrıkəsici vurulmadan 5 güllə dəymiş ayağımı əməliyyat etməyə başladı. Ayağım artıq qanqrena vəziyyətində idi. Həkim tibb qayçısı ilə ayağımı kəsə-kəsə, sümüklərimi qıra-qıra əməliyyat edirdi. 15 yaşlı uşaq üçün bu ağrıya dözmək çox çətin idi. Ondan sonra mənə yuxu iynəsi vurdular. Orada olduğum müddətdə erməni hərbçisi bacımın sağ olduğunu bildirdi. Bacım 8 güllə yarası almışdı, Kəlbəcərin Vəng kəndində saxlanıldığını kağızda mənə yazmışdı. Mən 3 il girovluqda qaldım. Bu 3 ili burada danışıb bitirə bilmərəm. Mənim ayağımdan çirk axa-axa Şuşa həbsxanasına apardılar. Orada da insanlığa sığmayan işgəncələrə məruz qalırdıq. Hətta təlim keçmiş itləri belə insanların üzərinə yeridirdilər. İtlər insanları parçalayırdılar”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
811 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...