Azərbaycanda koronavirusa yoluxanların yarısından çoxu Bakıda yaşayır

Azərbaycanda koronavirusa yoluxanların yarısından çoxu Bakıda yaşayır

Ölkə üzrə COVID-19 virusuna yoluxma statistikası açıqlanıb.

Yenisabah.az koronavirusinfo.az saytındakı sonuncu məlumatlara istinadən xəbər verir ki, paytaxtda yoluxma faizi 54.8 faizə çatıb.

Sonrakı yerlərdə 13 faizlə Abşeron, 11.7 faizlə Aran, 6.9 faizlə Gəncə-Qazax, 3.1 faizlə Quba-Xaçmaz, 3.9 faizlə Şəki-Zaqatala, 2.5 faizlə Lənkəran, 2.3 faizlə Dağlıq Şirvan, 1.3 faizlə Yuxarı Qarabağ qərarlaşıb.

Ölkə üzrə ən aşağı yoluxma Naxçıvan Muxtar Respublikasındadır. Əvvəlki statistikada Muxtar Respublikada yoluxma göstəricisi 0.4 faiz olsa da, hazırda 0.8 faiz təşkil edir.

Rəsmi məlumata görə, ölkə xaricində yoluxma halları 0.3-dən 0.5 faizədək artıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
715 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...