Açıq havada işləyən kafelərdə peyvənd pasportu tələb ediləcək?

Kafe və restoranların bir çoxu həm də açıq havada xidmət göstərir. Bəs açıq havada xidmətdən istifadə edən vətəndaşlardan necə, COVID-19 pasportu tələb olunacaqmı?
DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bununla bağlı “Qafqazinfo”ya bildirib ki, qərar açıq havada fəaliyyət göstərən bütün kafe və restoranlara da aiddir:
“Bütün hallarda, vergi qeydiyyatında olan ictimai iaşə obyektlərində kütləvi xidmət sahəsi olduğuna görə mütləq qaydada COVID pasportu tələb olunur. Açıq məkan olsa belə, onlar ictimai iaşə obyekt hesab olunurlar”.
652 dəfə oxundu