Müdafiə naziri polkovnik-leytenantı işdən çıxardı

Müdafiə naziri polkovnik-leytenantı işdən çıxardı
“Azərbaycan Ordusu” qəzetinin baş redaktoru polkovnik-leytenant İlham Behbudov vəzifəsindən azad olunub.

Gundeminfo.az-ın Report-a istinadən məlumatına görə, bununla bağlı müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Əmrə əsasən, İ.Behbudov işdən çıxarılmaqla yanaşı, Silahlı Qüvvələr sıralarından da tərxis olunub.

Hələlik “Azərbaycan Ordusu” qəzetinə yeni baş redaktor təyin edilməyib. Bu vəzifənin icrası müvəqqəti olaraq kapitan Məhəmməd Nəsirliyə həvalə olunub.

Müdafiə Nazirliyindən faktı təsdiqləyiblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
936 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...