Şəhidin adını daşıyan məktəb bərbad vəziyyətdədir - FOTOLAR

Şəhidin adını daşıyan məktəb bərbad vəziyyətdədir -

Mingəçevirdə şəhid İlqar Zeynalovun adını daşıyan 2 saylı orta məktəb təmirsiz və qəzalı vəziyyətdədir.

Yeniavaz.com xəbər verir ki, sözügedən məktəb iki korpusdan ibarətdir. Kopruslardan biri 1954-cü ildə əsas bina olaraq istifadəyə verilib. Digər korpus isə yardımçı bina olaraq 1960-cı ildə tikilib.

Verilən məlumata görə, hal-hazırda məktəbin istilik sistemi yoxdur və şagirdlər palto, papaqla sinifdə otururlar. Bundan əlavə, məktəbin elektrik xətləri nasaz vəziyyətdədir və kanalizasiya sistemi işləmədiyindən məktəbdən pis qoxular gəlir. Nəticədə bu vəziyyətə şahid olan valideynlər uşaqlarını məktəbdən çıxararaq şəraitli məktəblərə üz tutub.

Qeyd edək ki, Mingəçevirdə 6, 17 və 19 saylı məktəblər də eyni vəziyyətdədir.


Şəhidin adını daşıyan məktəb bərbad vəziyyətdədir -
Şəhidin adını daşıyan məktəb bərbad vəziyyətdədir -
Şəhidin adını daşıyan məktəb bərbad vəziyyətdədir -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
689 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...