6 milyonu öldür, birini xilas et: Məmur və deputatlarımızın qanlı xeyirxahlığı

6 milyonu öldür, birini xilas et:
Filankəs “çörəkverən kişidir”! Bu sözləri müxtəlif məmurlar və deputatlar haqqında çox eşitmisiniz.

Bu dəfə bu fikirləri sosial şəbəkə şərhlərində ara-sıra Cavanşir Feyziyev haqqında da oxuyuruq. Biri yazır ki, imkanı olmayana toy etdirib, kasıblara əl tutub. Başqa birisi yazır ki, artezian quyusuna “motor” hədiyyə edib, 52 adama su çəkdirib, kasıblara pul göndərir və s. Vəssalam, Cavanşir Feyziyev də “xeyirxah” çıxdı.

İndi buyurun, həmin o “xeyirxah” məmurlar və ya deputatların arasından o pulları dürüst şəkildə qazanan birisini göstərin. Əlbəttə, nadürüstlüyün ziyansız formaları da var, amma Azərbaycanda biznesmen məmur və deputatlar məhz ziyanlı nadürüstlük yolunu seçiblər: Pul qazanmaq üçün mütləq 10 minlərlə insanı zəlil günə qoyurlar, neçə-neçə insanın həyatını yarı yolda qırırlar...

Cavanşir Feyziyevin ailə biznesi daha parlaq bir nümunədir: Dərmanlarla bağlıdır və Feyziyevlər bu biznesin inhisarçısı kimi tanınır. Dərman bazarlarında qiymətləri onun biznesi diqtə edir. Bu şirkətlər Azərbaycanda hər bir ailədən pul qazanır və hər bir ailə Azərbaycanda xəstələnməyin nə demək olduğunu yaxşı bilir: 5 qat bahasına keyfiyyətsiz dərmanlar. Eyni dərmanı buradan və ya daha ucuz qiymətə Rusiya, Türkiyə, yaxud İrandan alıb keyfiyyətini müqayisə edə bilərsiniz.

Dəqiq statistikanı bilmirik, amma bunu bilməyə ehtiyac da yoxdur - ətrafımıza boylanmaqla nəticə çıxara bilərik: Bahalı və ya keyfiyyətsiz dərmanlar, sizcə, Azərbaycanda nə qədər insanın arzularını məzara daşıyıb? Bu sətirləri oxuyan hər bir adam Azərbaycanda dərman biznesinin qurbanı olan ən azı bir adam tanıyır: Ya dərman almağa pulu çatmayıb, çünki 5 qat bahasına satılır, ya da müalicə alsa da, Feyziyevin xaricdən xüsusi tərkiblə sifariş etdiyi dərmanlar heç bir nəticə verməyib. Amma nə fərqi: Əsas odur ki, artezian quyusuna “motor” alıb.

Bu yerdə Adolf Hitleri mütləq xatırlamaq lazımdır. Fürer ən azı 6 milyon gühansız yəhudinin qətlə yetirilməsinə göstəriş verib, amma Ernst Hess adlı bir adamı yəhudi olduğunu bilə-bilə ölümdən xilas edib. Nə fərqi var, nə qədər adamın evini yıxıb, əsas odur ki, bir nəfərə həyat bağışlayıb. İndi Hitlerin Feyziyevdən nəyi pisdir ki?..

Və məsələnin ən vacib yeri: Sizcə, Feyziyev kimi adamlar niyə zaman-zaman kasıblara əl tutur, kiməsə su çəkdirir, kiməsə toy etdirir?.. Belə çıxır ki, xeyirxah adamlardır. Amma Feyziyevin, həmçinin başqa “çörəkverən” məmur və deputatların ziyanlı biznesini xeyixahlıqla assosiasiya etmək üçün ruhi xəstə olmaq lazımdır. Belə “xeyriyyəçilik” əməllərinin nədən qaynaqlandığını başa düşmək də çətin deyil. Feyziyevin “xeyriyyə” fondu xalqın büdcəsindən ələ keçirdiyi pulların heç 0,1 faizi də deyil. Belə “çörəkverən”lər restoranda yeyib-işərkən, eşqbazlığa gedərkən hansı həzzi alırlarsa, ac-yalavac kasıblara əl tutub onların fagır-fağır yağdırdıqları tərif və dualardan da eyni həzzi alırlar. Yəni bu xeyriyyəçilik onlar üçün yeyib-içmək və ya eşqbazlıq hərəkətləri ilə eyni statusu daşıyır. Başqa sözlə, “çörəkverən”lər kasıblara əl tutmağın nəticələrinə tamaşa edərkən bir növ, “emosional orqazm” yaşayırlar.

Feyziyevi kasıbların halı narahat etsəydi, əvvəlcə dönüb satdığı dərmanların qiymətlərinə və keyfiyyətinə nəzər salardı. Xeyirxah ailə ölkənin pula ehtiyacı olduğu bir vaxtda milyonları xaricə qaçırmazdı, yaralı Qaziyə əlillik pensiyası verə bilməyən bir ölkənin büdcəsini “tender” oyunları ilə taqətdən salmazdı...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
559 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...