“İndiyədək Ukraynadan 9246 vətəndaşımız təxliyə olunub” - Əli Əsədov

 “İndiyədək Ukraynadan 9246 vətəndaşımız təxliyə olunub” -

“Ukraynadakı vətəndaşlarımızın təxliyəsi məsələsi diqqətimizdədir”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edən Baş nazir Əli Əsədov deyib.

Baş nazir bildirib ki, qonşu, yaxın ölkələrdə baş verən hadisələr Azərbaycana da təsirsiz ötüşmür: “Soydaşlarımızın Ukraynadan təxliyəsi, həmçinin, təhlükəsizliyinin təmin edilməsi baxımından bütün işlər görülür. İndiyədək Ukraynadan 9246 nəfər təxliyə olunub”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
907 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...